18:22
Kəlbəcərdə ağır qəzada yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Milli.Az-a cavab olaraq bildirilib ki, 25.06.2024-cü il tarixində Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisə nəticəsində 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Hazırda onların müayinə və müalicələri davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan 1 nəfər isə Gəncədə yerləşən özəl tibb müəssisəsinə təxliyə olunub", - məlumatda deyilir.
Xatırladaq ki, iyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölüb, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsarətləri alıb.
--------
01:18
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə İstibulaq kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedec ML" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Milli.Az-a bildirib ki, iyun ayının 25-də saat 20:30 radələrində Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Onun sözlərinə görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri, 1955-ci il təvəllüdlü Məxsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölmüş, 1988-ci il təvəllüdlü Əlnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova müxtəlif bədən xəsartələri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Kəlbəcərdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı
Bakı. Trend:
Kəlbəcərdə ağır qəzada yaralananların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 25.06.2024-cü il tarixində Kəlbəcər rayonunda baş verən yol-nəqliyyat hadisə nəticəsində 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.