Dünya

Rusiyadan Fransaya Yeni Kaledoniya çağırışı

26 İyun 2024 19:30
Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın Fransanın laqeydliyindən əziyyət çəkən, müstəmləkə keçmişinin aydın izlərini daşıyan bütün sakinlərinin əsas hüquq və azadlıqlarını təmin etməyə çağırırıq", - Zaxarova bildirib.

Zaxarova xatırladıb ki, ötən həftənin sonunda Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kristian Ten də saxlanılıb və həbs edilib:

"Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı Fransaya göndəriliblər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.