Ölkə

Bərdədə zəhərlənən 6 uşağın SON DURUMU - YENİLƏNİB

18 İyun 2024 15:21
Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Bərdə rayonunun Zümürxan kəndində qidadan zəhərlənən altı azyaşlı evə buraxılıb.

Milli.Az bildirir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"16.06.2024-cü il tarixində 6 nəfər qidadan zəhərlənmə şübhəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, 2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

---------------

2024.06.17

Bərdə rayonunda 6 azyaşlı qidadan zəhərlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 01 radələrində rayonun Zümürxan kəndində baş verib.

2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.