Ölkə

Hakimlərin maaşı artacaq?

17 May 2024 16:42
Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hakimlərin əməkhaqqına yenidən baxılması təklif olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu təkliflə Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Mübahisələrin həlli Indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü iI üzrə Yol Xəritəsi" layihəsinin müzakirəsi ilə bağlı keçirilən iclasda çıxış edib.

İşçi qrupunun üzvləri tərəfindən sözügedən yol xəritəsində hakimlərin əməkhaqlarının artırılmasının diqqətdə saxlanması təklif edilib.

Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi İşçi qrupunun rəhbəri Toğrul Hüseynov isə bu məsələnin müzakirə mövzusu olduğunu bildirib.

O qeyd edib ki, yol xəritəsinin layihəsinin müzakirəsi davam edir: "Düşünürəm ki, tam hazır sənəddə bu məsələ də diqqətə alınacaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.