Köndələnçaydakı su anbarı nə qədər ərazini su ilə təmin edəcək? - AÇIQLAMA - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezidentin izi ilə Füzuli rayonuna təşkil olunan media tura start verilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, media nümayəndələri ilk olaraq Füzulidə Prezident İlham Əliyev tərəfindən açılışı olan Köndələnçay su anbarları kompleksində olublar.
Media nümayəndələrinə məlumat verilib ki, Füzuli rayonu ərazisində, 1962-ci ildə istismara verilən Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 və 1951-ci ildə istismara verilən ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metr olan Köndələnçay-2 su anbarlarında təmir-bərpa işləri həyata keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Atakişi Babayev bildirib ki, məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.
"Köndələnçay-1 su anbarında layihə əsasında torpaq bəndin yuxarı byefində dağıdılmış berman və bütün bənd boyu beton üzlüyü, qülləli suburaxıcı-sutullayıcının estakadası və çıxış hissəsi, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcı yenidən bərpa olunub. Köndələnçay-2 su anbarında isə daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub.
Həmçinin, hər iki su anbarında gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb".
Agentliyin əməkdaşı onu da qeyd edib ki, 1980-ci ildə istismara verilən, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarında da təmir-bərpa işləri həyata keçirilib.
"Bu su anbarında da daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək".
Agentliyinin əməkdaşı bildirib ki, su anbarları Füzuli rayonu ərazisində ümumilikdə 6300 hektar əkin sahəsinin suvarılmasına xidmət edir:
"Su anbarları ümumilikdə 6300 hektar ərazinin suvarılmasına xidmət edir. Bundan 5080 hektarı işğaldan azad edilmiş əraziyə düşür. Hazırda bu su anbarları vasitəsilə Füzuli rayonu ərazisində suvarma işləri həyata keçrilir. İşğal dövründə su anbarları bərbad vəziyyətdə idi. Qış aylarında anbarın suyunu buraxırdılar. Yay aylarında suvarmaya ehtiyac olan vaxtda isə suyu buraxmırdılar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





