Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti Afrika mətbuatında - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Afrika QHT-lərini birləşdirən platformanın fəal üzvü, Nigeriyalı jurnalist Dare Akogun Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti ilə bağlı məqalə dərc edib.
Milli.Az report-a istinadən xəbər verir ki, məqalə KİV ilə yanaşı, Afrika QHT platformasının sosial şəbəkə qruplarında da yayılıb.
Məqalədə qeyd olunur ki, Bakı Təşəbbüs Qrupu və müstəmləkəçiliyə qarşı mübarizə aparan siyasi hərəkatlar Fransa hökümətinin koloniyalarında assimilyasiya siyasətini, müstəmləkəçilik və onun müasir təzahürlərinə qarşı mübarizə məqsədilə güclərini səfərbər ediblər.
"20 ölkədən nümayəndə, o cümlədən Fransanın müstəmləkə siyasətindən bilavasitə təsirlənən ərazilər assimilyasiya siyasətini tənqid etmək və onun təsirlərinin azaldılması strategiyalarını araşdırmaq məqsədi ilə bu müzakirələrdə iştirak ediblər".
Jurnalist konfransın əsas mövzuları sırasında məcburi miqrasiyaya səbəb olan yerli icmalara mənfi təsirlər, insan hüquqlarının inkişafı və ətraf mühitə təsirlər kimi mövzuların yer aldığını bildirir və assimilyasiya təsirlərinin azaldılması və müstəmləkəçiliyin aradan qaldırılmasına nail olunmasının aktuallığını vurğulayır.
Konfrans yerli mədəniyyətin qorunması və maarifləndirilməsi üzrə gələcək layihələr üçün mühüm başlanğıc nöqtəsi kimi qiymətləndirilir. O, Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası arasında imzalanmış memorandumun əhəmiyyətinə də toxunaraq, gələcək əməkdaşlıq üçün perspektivlərin ümidverici olduğunu bildirir.
Məqalədə, həmçinin tədbirin yekun nəticələrindən biri kimi konfrans iştirakçıları adından beynəlxalq təşkilatlara, habelə ATƏT rəsmilərinə açıq məktubların ünvanlandığı qeyd olunur və müstəmləkə siyasətinin təsirinə məruz qalmış regionlarda baş verən hadisələr haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasının vacibliyi göstərilir.
Məqalənin sonunda Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasova istinad edilərək, təşkilatın müstəmləkəçiliyin təsirinə məruz qalan xalqların səsini gücləndirmək öhdəliyi xüsusi qabardılır: "BTQ-nin bu öhdəliyi Fransanın xaricdəki müstəmləkələrinə azadlıq uğrunda mübarizədə davamlı dəstəyini və neokolonial təcrübələrə qarşı qəti mövqeyini əks etdirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
XƏBƏR LENTİ
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar





