Azadlıq prospektinin "azadlığa" ehtiyacı var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonlarından keçərək Azadlıq meydanı ilə Binəqədi şosesini birləşdirən Azadlıq prospekti sadəcə gecələr boş olur. İllər əvvəl avtomobillərin az olduğu dönəmlər üçün nəzərdə tutulan prospekt bugünkü avtomobil bolluğuna sözün əsl mənasında tab gətirmir. Prospektin boş vaxtının olmaması bunu deməyə əsas verir.
1991-ci ildən Azərbaycanın müstəqilliyi şərəfinə adı dəyişdirilərək "Azadlıq prospekti" adlanan yol Bakının əsas hərəkət hissələrindən biridir. Bulvar ilə Binəqədi, Fatmayi, Mehdiabad, Novxanı, Goradil, Digah kəndlərini birləşdirən bu prospekt bu qədər yükü daşıya bilmir. Lakin, prospektin kənarlarındakı binalar və obyektlər o qədərdir ki, yolun genişlənməsi də mümkünsüzdür.
Prospektin Dostluq kinoteatrından Bulvara qədər olan hissəsi ilə, Ziya Bünyadov prospekti ilə kəsişmədəki tuneldən düz Binəqədi şosesinə qədər olan pik saatlarda keçilməz olur. Səhər saatlarında isə Binəqədi şosesindən başlayan tıxac düz "qoşa zapravka" adlandırılan əraziyə qədər uzanır. Burdakı sıxlığa səbəb isə həmin ərazidə yolun kənarındakı məktəbə uşaqlarını gətirən valideynlərin maşınları necə gəldi saxlamasıdır.
Bu gün Bakının tıxacsız küçəsi demək olar ki, yoxdur. Sadəcə qəribəsi ondadır ki, artıq sadəcə pik saatlarda deyil, günün istənilən saatlarında yollarda sıxlıq müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Məsələn, dayanma-durma qaydalarını pozan sürücülər, zolaqlar üzrə yerdəyişmə qaydalarını bilməyən sürücülər, yolu hardan gəldi keçən piyadalar, şəxsi avtomobillərin sayının xeyli artması, yol kənarında yerləşən məktəblərə övladlarını maşınla gətirən valideynlərin məsuliyyətsizliyi, universitetlərin şəhərin mərkəzində yerləşməsi, parkinq qaydalarının pozulması birbaşa sıxlığın yaranmasına təsir edən amillərdir.
Tıxaclardan necə qurtulmaq olar?
Pandemiya zamanı məhdudlaşdırıcı tədbirlər nəticəsində yollarda yaranan boşluq, ictimai nəqliyyatdakı rahatlıq sübut etdi ki, tələbələr və məktəblilər olmayan zaman tıxaclar daha az olur. Həmçinin yay tətilində də bunun şahidi oluruq. Buradan belə nəticəyə gəlmək olar ki, məktəblərin əsas yollardan kənarda tikilməsi daha məqsədəuyğun olar. Çünki, övladını götürmək üçün yolun hərəkət hissəsində avtomobilini saxlayan hər sürücü yolda tıxaca səbəb olur. Məsələn Azadlıq prospektindəki, İstiqlaliyyət küçəsindəki sıxlıqların əsas səbəbi oradakı məktəblərdən uşaqlarını avtomobillə götürərkən qaydapozan valideynlərdir. Bundan başqa universitetlərin də bölgələrə köçürülməsi və ya universitetlər şəhərciyinin tikilməsi tıxacdan qurtuluş yolu ola bilər. İş saatlarının dəyişdirilməsi, insanların müxtəlif saatlarda işə getməsi də bu məsələnin həllində vacib amildir. Tıxacsız Bakı üçün yeganə çıxış yolu isə sürücülük vəsiqəsinin verilməsi qaydalarının sərtləşdirilməsidir.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
XƏBƏR LENTİ
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın





