Ölkə

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

23 Aprel 2024 23:35
Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvəti yerindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Bakıdakı tədbirə Vladimir Putin gəlməyəcək:

"Çünki əks halda Bakıdakı tədbirə Qərb ölkələrinin və beynəlxalq təşkilatın liderləri qatılmazdılar. Zelenskinin İlham Əliyevin dəvətini qəbul edərək ölkəmizə gəlişi Bakının ABŞ və Avropa Birliyinə növbəti mesajı olacaq ki, Azərbaycan Rusiya ilə tərəfdaşlığına baxmayaraq, əvvəlkitək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.