Ölkə

Hansı yaşda olan uşaqlara peyvənd vurulacağı AÇIQLANDI - VİDEO

20 Aprel 2024 00:52
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən əmr imzalanıb. Əmrə əsasən, İmmunlaşdırma həftəsi çərçivəsində, vaksinasiyadan kənarda qalan uşaqların bu ilin 21-27 aprel tarixlərində peyvənd olunması nəzərdə tutulub.

Respublika Gigiyena və Epidimielogiya Mərkəzinin şöbə müdiri Həşim Həşimov bildirib ki, peyvənlənmə proseduru əsasən 6 yaşa qədər, peyvənddən kənarda qalan uşaqlar üçün nəzərdə tutulsa da, 6 yaşdan yuxarı peyvənddən kənarda qalan uşaqlar da bundan faydalana bilər.

Qeyd edək ki, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.