Hansı hallarda “WhatsApp” yazışmaları izlənilə bilər? - Ali Məhkəmə açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.
Milli.Az xəbər verir ki, Plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.
Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.
Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.
Plenum qərarında həm də göstərilmişdir ki, şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
100-dən çox 150 illik ağacları kəsən dəstəyə qarşı əməliyyat keçirildi - (Video)
-
Heydər Əliyevin müəllifi olduğu Konstitusiya Azərbaycanın sabit dövlətçiliyə keçidinin simvoludur - Sevil Mikayılova
-
Qəza törədib atasının ölümünə səbəb oldu - Məhkəmə qərar verdi
-
Aslan Fətullayevin dəfn vaxtı və yeri açıqlandı
-
Bu yolda sola dönən sürücülər cərimələnir
-
Ayın 13-də sərt şaxta olacaq - Proqnoz
-
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat etdi
-
Pensiyalarla bağlı şad xəbər verildi
-
İşlənmiş maşınlar ucuzlaşa bilər
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)





