Cəmiyyət

Azərbaycanda bu məşhur marketlərdə istehlaka yararsız qida məhsulları aşkarlanıb

18 Fevral 2026 13:13
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, "Volt Services Azərbaycan" MMC-yə məxsus "Volt" marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, "Grand-Mart" MMC-yə məxsus "Megastore" ticarət obyektində, Nəsimi  rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, "Our Company" MMC-yə məxsus "The Place" ictimai iaşə obyektində yoxlama keçirib.

Milli.Az xəbər verir ki, baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. "Megastore" supermarketdə və "The Place" ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.

Aysel
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.