Ölkə

Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub

18 Aprel 2024 14:07
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,

Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.

Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.

Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin - hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.

Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.

Beynəlxalq hüquq normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində "boz zona"nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.

Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-tökünlərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.

Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı "Troyka Camaşırxanası" adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, "Troyka Dialoq"un keçmiş sahibi Ruben Vardanyana və "Troyka Dialoq"un "offşor sistemi" ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.

Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.

Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq. 

İmzalar:

Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri
Ramil İskəndərli - "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
Azər Allahverənov - "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri
Zaur İbrahimov - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri
Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
Vüqar Qədirov - "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri
Leyla Hüseynova - "Sosial Rifah" Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri
Könül Behbudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri
Sevinc Alızadə - "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
Mehriban Məmmədova - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri
Xalid Kazımov - "Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri
Tünzalə Abdüləlimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
Ceyran Həsənova - Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri
Telman Qasımov - "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri
Bəhruz Məmmədzadə - "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri,
Mehdi Mehdiyev - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
Füzuli Rzaquliyev - "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri
Ceyran Əzizova - "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri
Naibə Behbudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
Hafiz Səfixanov -  "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri
Oktay Sadıqov - "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri
Roza Əliqızı - "Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri
Fariz Xəlili - MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
Şahin Camalov - "İnsan Hüquqları XXI əsr Azərbaycan" Fondunun prezidenti
Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri
Mayis Əliyev - "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri
Ayşən Hüseynova - Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi
Şəhla Nağıyeva - Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri
Davud Rəhimli - Əlil Təşkilatlar İttifaqının sədri
İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri
Adilə Qəmbərova - Xankəndi sakini
Arif Tağıyev - Xankəndi sakini
Habil İsmayılov - Xankəndi sakini
Süleyman Yusibov - Laçın sakini
Elxan Təhməzov - Laçın sakini
Saleh Qasımov - Ağdərə sakini
Bilal Axundov - Ağdərə sakini
Məhəddin Quliyev -            Ağdərə sakini
Ramin Nadirov - Kəlbəcər sakini
Ədalət            Bəxtiyarov - Kəlbəcər sakini
 Zümrüd Quliyeva - Ağdam sakini
Nadya Allahyarova - Ağdam sakini
Gülnarə Əhmədova - Füzuli sakini
Səməd Əliyev- Füzuli sakini
Güləli Məmmədov - Zəngilan sakini
Əlövsət Tanrıverdiyev - Cəbrayıl sakini
Murad İbişov - Cəbrayıl sakini
Etiraf Qasımov- Zəngilan sakini
İslam Bayramov - Xocavənd sakini
Faiq Fətəliyev - Xankəndi sakini
Məlahət Hüseynova - Xocalı sakini
Aqilə Əlizadə            - Şuşa sakini
İman Allahverdiyev - Xocalı sakini
Arif Əliyev - Xankəndi sakini
Zamin Həsənov - Xankəndi sakini
Famil Şükürov - Şuşa sakini
Yelmar Ələsgərov - Şuşa sakini
Yasin Məhərrəmov - Xankəndi sakini
Gülnaz Salahova - Xankəndi sakini
Seymur Nəbiyev - Xankəndi sakini
Tacimə Quliyeva - Xankəndi sakini
Xəyyam Allahverdiyev - Xankəndi sakini
Etibar Abışov - Xocavənd sakini
Azad Əliyev - Şuşa sakini
Murad Allahverdiyev - Xocalı sakini
Vidadi Əliyev - Xocalı sakini
Nizami Balayev - Şuşa sakini
Əlövsət Vəliyev - Şuşa sakini
Fəxrəddin İsmayılov - Şuşa sakini
Şükür Quliyev - Xocavənd sakini
Roman Quliyev - Xankəndi sakini
Tubu  İbrahimova - Xankəndi sakini
Arif Hüseynov - Xocavənd sakini
Muradxan Quliyev - Xocavənd sakini
Elçin Dadaşоv - Xankəndi sakini
Əbülfət Məmmədоv - Xankəndi sakini
Quzal Abbasova - Xocalı sakini
Minarə Bayramоva - Xocalı sakini
Şükür İbrahimоv - Xocavənd sakini
Vaqif Həsənоv - Xocalı sakini
Əyanət Məmmədоv - Xocavənd sakini
Arif Dоstiyev - Şuşa sakini
Mələk Abbasova - Xocalı sakini
Elmira Kərimova - Xocalı sakini
Nazilə Məhərrəmova - Şuşa sakini
Famil  Kərimov - Şuşa sakini
Anar Əsədov - Xocalı sakini
Rəvan Həsənov - Xocalı sakini
Rahilə Rəhimova - Şuşa sakini
Ramil Babayev - Xocavənd sakini
Bəxtiyar Məmmədov - Xocavənd sakini
Rafiq Hümbətov - Şuşa sakini
Rafail Məmmədov - Şuşa sakini
Anar Əbdülov - Xocalı sakini
Nəbi Əzimov - Şuşa sakini
Nargilə İsgəndərova - Xocavənd sakini
Zamin Nadirov - Şuşa sakini
Sahibə Şahmuradova - Xocalı sakini
Ramil  Qasımov - Şuşa sakini
Şahnaz Behbudova - Xocalı sakini
Seymur Bəxtiyarov - Xankəndi sakini
Vahid Ələkbərov - Şuşa sakini
Gülnaz Orucova - Xocalı sakini
Bakir Məmmədov - Xocalı sakini
Tahir Cəfərov - Xocavənd sakini
Fatma Hüseynova - Xocavənd sakini
Qəmər Məmmədova - Şuşa sakini
Mahir  Səfərov - Xocalı sakini
Məlahət Məmmədova - Xocalı sakini
Rəna  Əzimova - Xocalı sakini
Ramiz Həsənov - Şuşa sakini
Qəmbər Məhərrəmov - Xankəndi sakini
İlham  Kərimov - Şuşa sakini
Fəxrəddin Əsədov - Xocavənd sakini
Cəlal Camalov - Xocavənd sakini
Qabil Əkbərov - Xocalı sakini
Zenfira Əliməmədova - Xocalı sakini
Surxay Quliyev - Xocalı sakini
Elman Xəlilov - Şuşa sakini
Sirac Malasov - Kəlbəcər sakini
Ceyhun Baxışov -Kəlbəcər sakini
Hicran Əmrahova - Kəlbəcər sakini
Fəqan Vəliyev - Şuşa sakini
Yəhya Niyazov - Şuşa sakini
Qənimət Bayramov - Xocalı sakini
Elnur Bəylərov - Şuşa sakini
Möhübbət Həsənov - Şuşa sakini
Elbəniz Hüseynov - Xocavənd sakini
Vasif Əliyev - Xocavənd sakini
Rövşən Qasımov - Xocavənd sakini
Həsən Əhmədov - Xocalı sakini
Svetlana Cavadova - Xocalı sakini
Fidan Əliyeva - Xocalı sakini
Nüşabə Quliyeva - Şuşa sakini
Alesiya Bəhmənova - Şuşa sakini
Sara Həsənova - Xocəvənd sakini
Səyyarə Nəcəfova - Xocəvənd sakini
Fuad Salahov - Şuşa sakini
Taleh Cabbarov - Xankəndi sakini
Bulus Quliyev - Xankəndi sakini
Vaqif Həsənov - Şuşa sakini
Emin Zeynalov - Şuşa sakini
İlqar Əmirov - Xankəndi sakini
İsmayıl Cəbrayılov - Şuşa sakini
Əfqan Rzayev - Xankəndi sakini
Möhübbət Səfərov - Xankəndi sakini
Əvəz Mehralıyev - Şuşa sakini
Qalib Mirzəliyev - Şuşa sakini
Nəbi Qasımov - Xocavənd sakini
Rasim Hüseynov - Xocavənd sakini
Fazil Quliyev - Xocalı sakini
Ədalət Qasımov - Şuşa sakini
Məhəmməd Zeynalov - Xocalı sakini
Əhliman Quliyev - Xocalı sakini
Ramiz Süleymanov - Şuşa sakini
Mənsur Nəcəfov - Xocalı sakini
Fikrət  Abbasov - Xocavənd sakini
Vahid Abbasov - Xocalı sakini
Cəmil  Rəhimova - Xocalı sakini
Valeh Allahverdiyev - Şuşa sakini
Aslan Əmirov            - Şuşa sakini
Zahir Usubov           - Xocalı sakini
Mahirə İsmayılova - Xocalı sakini
Səxavət Abbasov - Şuşa sakini
Mehman Həşimov - Xocalı sakini
Gəray Həşimov - Xocalı sakini
Xatirə Cəfərova - Xocəvənd sakini
Vasif Həşimov - Şuşa sakini
Vüqar Kərimov - Şuşa sakini
Rza Məmmədov - Xocəvənd sakini
Səbuhi Məmmədov - Şuşa sakini
Reyhan Quliyeva - Şuşa sakini
Novruz Rəsulov - Xankəndi sakini
Müzəffər Qurbanov - Xankəndi sakini
Sevil Şükürova - Xankəndi sakini
Elxan Ağayev - Şuşa sakini
Vaqif Ağayev - Xocalı sakini
Vaqif Məmmədov - Xocalı sakini
Zülfü Quliyev - Xocalı sakini
Məzahir Ağayev - Xocalı sakini
Nadir Məmmədov - Xocalı sakini
Fazil Quliyev - Xocalı sakini
Məhəmməd Zeynalov - Xocalı sakini
Vaqif Məmmədov - Xocalı sakini
Ələmşah Hüseynov - Şuşa sakini
Məmməd Süleymanov - Şuşa sakini
Xanımzər Sadıqova - Şuşa sakini
Nazim Mirzəyev - Xankəndi sakini
İnşallah Mahmudov - Xankəndi  sakini
Lətafət Quliyeva - Şuşa sakini
Tacir İsmayılov - Xocalı sakini
Adil Əzizоv - Şuşa sakini
Mustafa Səfərov - Laçın sakini
Ülfət  İlyasov - Laçın sakini
Rauf Əhmədov - Laçın sakini
Mahir Səmədov - Ağdərə sakini
Təbib Əzizov - Ağdərə sakini

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.