ABŞ Rusiyanı ittiham edir, Rusiya da Ermənistanı - Hədəf eynidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya və ABŞ "erməni maraqları" məsələsində ortaq nöqtədən çıxış edir
Milli.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı şəxsi feysbuk hesabında qeyd edib.
O, bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsində Vaşinqton və Moskva bir-birini ittiham edir.
"ABŞ Dövlət Departamentinin bəyan edib ki, sülhməramlı qoşunların Qarabağdan vaxtından əvvəl çıxarılması Rusiyanın etibarsız müttəfiq olduğunun sübutudur. Vaşinqtonun bu mesajda hədəfi Ermənistan ictimai rəyində Rusiyanı etibarsızlaşdırmaq istəyir.
Moskvada isə sülhməramlıların çıxarılmasını Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə əlaqələndirir, dolayısı ilə məsuliyyəti Paşinyan və Qərb tərəfdaşlarının üzərinə qoyurlar. Bu qarşılıqlı ittihamlardan çıxan iki nəticə var. Birincisi, hər iki tərəf - Rusiya və ABŞ "erməni maraqları" məsələsində ortaq nöqtədən çıxış edir: Müxtəlif coğrafiyalarda Rusiyaya qarşı mübarizə aparan, rus qoşunlarının çıxarılmasını tələb edən - Dnestryanı, Abxaziya kimi nümunələr var - ABŞ eyni addımın Qarabağda atılmasını istəmir; Bu addımı atmağa məcbur olan Rusiya Qarabağda belə vəziyyətlə üzləşməsini Paşinyanın "yanlış siyasəti" ilə əlaqələndirir və ermənilər qarşısında "təmizə çıxmağa" çalışır;
İkincisi, hər iki tərəf - Rusiya və ABŞ anlayır ki, Qarabağda artıq vəziyyəti dəyişdirə bilməyəcəklər, "günah keçisi" axtarışı da bundan qaynaqlanır;
Sülhməramlıların çıxmasından "Rusiyanı etibarsızlaşdırmaq" üçün istifadə edən ABŞ-da, ümumilikdə Qərbdə narahatlıq yaradan digər məqam erməni əhalisinin geriyə qayıdışı üçün son imkanın da sıradan çıxmasıdır. Ermənilərin geri qayıtması praktiki olaraq çətin olsa da, sülhməramlıların Qarabağda qalması bu "qapını aralı" saxlamağa imkan verirdi və hər iki tərəf - Qərb və Rusiya "ermənilərin qayıtması" ideyasından Azərbaycana qarşı təzyiq məqsədilə istifadə edirdi. İndi bu "qapı" da bağlandı. Zaxarovanın "Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə geri qayıtmaq imkanı olmalıdır, Azərbaycanın bununla bağlı qəbul etdiyi reinteqrasiya proqramını dəsəktəkləyirik" açıqlaması da ittihamlardan yayınmaq xarakteri daşıyır. İstisna deyil ki, bu prosesdə Qərb və Rusiyadan "erməni əhalisinə" verilən müxtəlif dəstək bəyanatları davam edəcək hərçənd, bu bəyanatların, fikirlərin Azərbaycan sərhədləri daxilində vəziyyətə təsir etməsi, yaxud nəyisə dəyişməsi imkanı artıq yoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
XƏBƏR LENTİ
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı





