Ölkə

Xəzər dənizində süni adalar yaradılır - VİDEO

17 Aprel 2024 13:33
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasının təfərrüatları məlum olub. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisə daxil olan qanun layihəsində qeyd edilir ki, dənizdə süni torpaq sahələri müxtəlif istifadə məqsədləri ilə beynəlxalq təcrübədə mövcud olan nümunələr əsasında yaradılacaq.

Millət vəkili Asim Mollazadə deyib ki, dənizdə tökmə torpaq üzərində yaraılacaq tikinti obyektlərinin təyinatı müxtəlif ola bilər. Bundan başqa, Xəzərin suyundan maksimum səmərəli istifadə də hədəflənir.

Millət vəkilinin sözlərinə görə, gələcəkdə həm də Xəzər dənizinin suyundan suvarmada istifadə ediləcək.

Sənəddə həmçinin süni torpaq sahələrinin yaradılma formaları və buna dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Layihə beynəlxalq təcrübəyə əsaslanaraq ölkə konstitusiyasına və konvensiyalara uyğun hazırlanıb. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.