Qərbi Azərbaycan İcması 5 aprel görüşü ilə bağlı bəyanat yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen 5 aprel 2024-cü il tarixində Brüsseldə görüş keçirib. Azərbaycan hökuməti və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq, atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir".
Milli.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir: "Görüşün yekunlarına dair yayılmış məlumatdan aydın olur ki, Avropa İttifaqı və ABŞ Ermənistana əhəmiyyətli ölçüdə maliyyə yardımı etmək qərarı veriblər. Şübhəsiz ki, ictimaiyyətə verilən məlumat tam mənzərəni əks etdirmir.
Aİ və ABŞ keçmiş münaqişədən zərər çəkmiş yeganə tərəf olan Azərbaycana deyil, Ermənistana yardımlar etməklə Azərbaycan ərazilərini viran qoymuş və minalarla çirkəndirmiş Ermənistanı bir növ mükafatlandırır və onu Azərbaycana qarşı yeni hücumlara cəsarətləndirir. Aİ və ABŞ Ermənistana etdiyi maliyyə yardımı ilə bu ölkənin həyata keçirdiyi irimiqyaslı silahlanma proqramını maliyyələşdirir.
Qərbi Azərbaycan İcmasının görüşdən əvvəl etdiyi müraciətlərinə baxmayaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı məsələsinin sözügedən görüşün gündəliyinə çıxarılmaması, ABŞ və Aİ-nin insan hüquqları məsələsində ikiüzlülüyünün göstəricisidir.
Bütün bunlar bir daha sübut edir ki, bu görüş geosiyasi rəqabətin Cənubi Qafqaza gətirilməsi, regionda ayırıcı xətlərin yaradılması ilə vəziyyəti gərginləşdirməyə xidmət edib.
Qərbi Azərbaycan İcması Aİ-ni və ABŞ-ı ikili standartlar siyasətinə son qoymağa və regionda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırır. Aİ və ABŞ həqiqətən də insan hüquqları və sülhdə maraqlıdırsa, onda militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməli və Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışını təşviq etməlidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
XƏBƏR LENTİ
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)





