Ölkə

Azərbaycanda "Avtomobil paylaşımı" xidməti fəaliyyət göstərəcək?

3 Aprel 2024 13:48
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddətdir ki, Azərbaycanda "car sharing - avtomobil paylaşımı" xidmətinin ölkəmizdə yaradılacağı barədə məlumatlar yayılır.

Artıq bir çox dünya ölkələrində məşhurlaşan "car sharing - avtomobil paylaşımı" insanlar arasında getdikcə daha da funksionallaşır. Belə ki, "car sharing" xüsusi olaraq avtomobildən qısa zamanda istifadəni nəzərdə tutan insanlar üçün nəzərdə tutulub və ödəniş avtomobilin istifadəsinə uyğun olaraq müəyyənləşdirilir.

Müxtəlif parklanma ünvanlarında paylaşdırılan bu avtomobillərin nəinki iş saatlarında, günün bütün saatlarında əldə etmək mümkündür.

Şəhərlərdə böyük tıxacların qarşısını almağı və daha təmiz ətraf aləmi hədəfləyən bu konsepsiyanın tezliklə bütün dünyada vüsət alacağı gözlənilir.

Bəs, "car sharing"-in əhəmiyyəti nədən ibarətdir və onun digər avtomobil kirayəçilərindən fərqi nədədir?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, bu xidmətin ölkəmizdə yaradılacağı barədə nə rəsmi qurumlar, nə də ki, şirkətlər tərəfindən heç bir açıqlama yoxdur.

"Lakin "car sharing" dünyanın bir çox ölkəsində geniş yayılmış xidmətdir və şəhər nəqliyyatına alternativ bir sistemdir. Bu xidmətin müsbət və mənfi tərəfləri vardır. Əsas müsbət tərəfi vətəndaşa alternativ hərəkət etmək imkanı yaradır. Avtomobili icarəyə götürən şəxs mobil tətbiqdən istifadə edir. Hətta sərxoşluğu olan şəxs belə avtomobili idarə edə bilər. Bu isə əsas sistemin mənfi tərəfidir", - o deyib.

Ekspert qeyd edib ki, çox güman bu tətbiqi ölkəmizdə yerli deyil, xarici şirkət tətbiq edəcək.

"Adətən belə yenilikləri ölkəmizdə xarici şirkətlər həyata keçirir. "Car sharing" xidməti etibarnamə tələb olunmayan ölkələrdə həyata keçirilir. Ölkəmizdə isə başqasının avtomobilini idarə etmək üçün etibarnaməyə ehtiyac olur. Burdan belə nəticə çıxır ki, xidmət ölkəmizdə tətbiq olunacaqsa, etibarnamə ləğv ediləcək. Əgər ləğv edilməyəcəksə, "Car sharing" xidməti ölkəmizdə tətbiq olunmayacaq. Bu xidmət əsasən biznes üçün əlverişlidir. "Car sharing" xidmətini ölkəmizdə tətbiq etmək üçün yəqin ki, qanuna dəyişiklik etməyə ehtiyac olacaq", - deyə o, əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.