Ölkə

Aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var - Orxan Rzayev

18 Mart 2024 11:52
Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşkar edilən insan qalıqlarında zorakılıq əlamətləri var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, meyit qalıqlarında əllərin bağlanması və zədələyən əşyalarla vurulması faktları müəyyən olunub.

Qeyd edək ki, Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərin sayı 18-ə çatıb. Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib. İstintaq materiallarına əsasən qeyd edilən şəxslərin hamısı 26.02.1992-ci il tarixdə Xocalı rayonu ərazisində itkin düşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.