Ölkə

Vergi orqanlarında xüsusi rütbələr veriləcək

13 Mart 2024 12:47
Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi orqanlarında ilk dəfə rəhbər vəzifəli şəxs kimi xidmətə qəbul olunan şəxslərə münasibətdə xüsusi rütbənin verilməsinin rejimi də müəyyən edilib. Burada da hər hansı sui-istifadəyə yol verilməməsi və yaxud bu səlahiyyətin qeyri-məhdud həcmdə müəyyən edilməməməsi üçün müəyyən məhdudiyyətlər, konkret şərtlər var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, rəhbər vəzifəli şəxslər dedikdə bölmə və ondan yuxarı rəis heyəti nəzərdə tutulur.

"Hətta baş rəis heyətinə təyin olunan şəxslərə münasibətdə xüsusi rütbə ilk dəfə veriləcəksə, həmin baş rəis heyəti üçün verilə biləcək ən aşağı xüsusi rütbə ilkin olaraq vəzifəyə təyin olunarkən veriləcək. Bu isə xüsusi rütbələrin verilməsi ilə bağlı fərqli yanaşmaların qarşısının alınmasına, həm də konkret tənzimləmələrin qanunda müəyyən olunmaqla şəffaflığın təmin edilməsinə xidmət edəcək", - deyə o, əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.