Ölkə

Aybəniz Haşımovanın qardaşı həbs edildi

21 Fevral 2024 22:26
Baxış: 3 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba polisi xüsusi əməliyyat keçirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Küllü miqdarda pullarını alaraq dələduzluq edib.

Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov Xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.