Ölkə

Qızıl bahalaşdı - Azərbaycana idxal qiyməti açıqlandı - VİDEO

10 Fevral 2024 11:05
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin sonuna yaxın dünya birjasında qızılın qiyməti ən pik həddə çatıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu iqtisadçı Elmir Səfərli bildirib. Bəs bu hal yerli bazarda qiymət və tələbata necə təsir edib?

Qızıl satışı ilə məşğul olanlar deyirlər ki, dünya bazarında qızılın bahalaşması ölkədəki qiymətlərə də təsir edib.

Hazırda qızılın ölkəyə gətirilməsi 51 dollara, yəni 87 manata başa gəlir.

Satıcılar tələbatın da azaldığını bildiriblər.

İqtisadçı Elmir Səfərli deyir ki, yerli qızıl istehsalı inkişaf etdirilərsə, bu, ölkədəki qızılın ucuzlaşmasına gətirib çıxara bilər.

Qeyd edək ki, hazırda 21-22 əyar ərəb qızılı 125-145, italiyan qızılı 110-135, türk qızılı isə 90-95 manat arası dəyişir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.