Qəzada ölən gənc Tunar Məmmədov imiş - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub.
Həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib.
T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb.
T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək.
Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb.
O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub.
1970-ci il sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub.
Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44-günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı





