Ölkə

Azərbaycanda 2 şirkət ləğv olundu

10 Yanvar 2024 12:02
Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmiyyət Materials 10 Yanvar 2024 11:36 (UTC +04:00)[İki şirkət ləğv olundu - ASCO-da islahatlar]

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) struktur islahatları olub.

Milli.Az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində iki elan yerləşdirilib.

Bildirilib ki, "ASCO Mühafizə" MM-nin fəaliyyətinə xitam verilərək, "ASCO Nəqliyyat" MMC-yə birləşdirilib. "ASCO Mühafizə" MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" MMC "ASCO Mühafizə" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

Qeyd edilib ki, "ASCO Logistics" MMC-nin fəaliyyətinə xitam verilərək, "ASCO Nəqliyyat" MMC-yə qoşulub. "ASCO Logistics" MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" MMC "ASCO Logistics" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.