Cəmiyyət Materials 10 Yanvar 2024 11:36 (UTC +04:00)[İki şirkət ləğv olundu - ASCO-da islahatlar]
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) struktur islahatları olub.
Milli.Az xəbər verir ki, bu barədə "Vergilər" qəzetində iki elan yerləşdirilib.
Bildirilib ki, "ASCO Mühafizə" MM-nin fəaliyyətinə xitam verilərək, "ASCO Nəqliyyat" MMC-yə birləşdirilib. "ASCO Mühafizə" MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" MMC "ASCO Mühafizə" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
Qeyd edilib ki, "ASCO Logistics" MMC-nin fəaliyyətinə xitam verilərək, "ASCO Nəqliyyat" MMC-yə qoşulub. "ASCO Logistics" MMC-nin hüquq və vəzifələri "ASCO Nəqliyyat" MMC-yə keçib. "ASCO Nəqliyyat" MMC "ASCO Logistics" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun