Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək.
Milli.Az report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edəcək.
Qurultayın birinci günündə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili", "İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış", "Azərbaycan dili yeni çağırışlar müstəvisində", "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası", "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", "Peşə təhsili və gələcək üçün bacarıqlar", "Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri", "Elm və ali təhsilin inteqrasiyası", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil", "Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi" mövzularında panel sessiyaları keçiriləcək.
Qurultayın ikinci günündə isə "Heydər Əliyev adına təqaüd"ə layiq görülmüş tələbələrlə görüş", "İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi", "Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar", "Müasir dövrdə təbiət fənlərinin tədrisi", "Müasir dövrdə riyaziyyat fənninin tədrisi", "Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış", "Xarici dillərin öyrənilməsi: yeni imkanlar", "İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu", "İnnovativ layihələr: STEAM, "Rəqəmsal bacarıqlar" və s. mövzularda panellər olacaq.
Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
-
Hindistanda daşqınlar 81 nəfərin həyatına son qoydu
-
Pünhan Piriyevin toyundakı rəqsləri gündəm oldu - (Video)
-
Binəqədidə ana və oğul ölü tapıldı - (Yenilənib)
-
Aİ Rüstəm Minnixanova qarşı sanksiya tədbiq etdi
-
Seymur Cəfərov vəfat etdi
-
Ərdoğanın müavini istefa verdi
-
Marketlərdə toyuq filesi niyə yoxdur?
-
23 yaşlı azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə öldü - (Video)
-
Osimhen 1,2 milyonluq "ferrari"si ilə diqqət çəkdi - (Video)
-
Ağsuda açıq ərazidə yanğın başladı - (Video)
-
Şəbnəm Tovuzlu Tacirlə görüntüsünü yaydı - (Video)
-
Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir - Kamaləddin Qafarov
-
Türkiyədə daha bir şagird məktəbə tüfəng gətirdi, müəllimlər müdaxilə etdi - (Foto)
-
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
-
Təyyar Bayramovun ailəsində xoş gün
-
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi





