Ölkə

Bakıda bağçanın yerləşdiyi binada yanğın - 41 uşaq təxliyə edildi - YENİLƏNİB - VİDEO

12 Dekabr 2023 14:58
Baxış: 2 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərinin Nəsimi rayonu, 28 May küçəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

------

14:28

Bakının mərkəzində yaşayış binasında yanğın qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yanğın 28 May küçəsində, 23 saylı orta məktəbin yaxınlığında yerləşən yaşayış binasının mənzilində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.