MÜƏMMA: bu rayonda heyvanlar örüş sahələrindən yoxa çıxır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabad rayonunun Günəşli kəndinin örüş sahələrinə aparılan heyvanlar yoxa çıxır. Ona görə də kənd sakinləri bu vəziyyətdən narahatdırlar.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sözügedən kənddə ayrı-ayrı şəxslərə məxsus altı baş iribuynuzlu mal-qaranın oğurlandığı iddia olunur.
Kənd sakinləri deyirlər ki, otlaq sahələrindən itən heyvanlarını axtarsalar da, onları tapa bilməyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Cəlilabad rayon sakinləri Vüsal Hüseyinov və İbrahim Quliyev polisə məlumat verərək hər birinə aid iki baş iribuynuzlu heyvanın örüş sahəsindən itdiyini bildirib.
Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb, heyvanların tapılması istiamətində müvafiq axtarış tədbirləri görülsə də, müsbət nəticə əldə olunmayıb.
Həmçinin araşdırma nəticəsində heyvanların Günəşli kəndi ərazisindəki örüş sahəsində nəzarətsiz qaldığından naməlum istiqamətə gedərək itdiyi müəyyən edilib.
Toplanmış materiallarda cinayət hadisəsi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilib və bu barədə qərarın sürəti hər iki vətəndaşa göndərilib.
Fərid Şabanlı isə dekabrın 4-də polisə məlumat verərək müraciətdən iki gün əvvəl örüş sahəsindən iki baş inəyinin itdiyini bildirib. Hazırda həmin müraciətlə bağlı polis şöbəsində araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayaz Qasımov 10 kiloqram arıqladı (Video)
-
Quzu əti niyə fərqli qiymətlərə satılır? (Video)
-
Birinci kurs tələbəsi dünyasını dəyişdi
-
Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi
-
İsti havalarda pomidorları tərs çevirin: Mütəxəssislərdən çağırış
-
Biləsuvarda zəncirvari qəza - bir nəfər ölüb
-
"Qarabağ"ın potensial rəqibi müəyyənləşib
-
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
-
Ayanın İstanbuldakı evi (Video)
-
Günün qoroskopu: Özünüzə qarşı anlayışlı olmağı öyrənin
-
David Nuriyev narkotik təbliğatına görə cərimələndi
-
“Zirə”nin rəqibi bəlli oldu
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Zelenski Hakan Fidanı ordenlə təltif edib (Foto)
-
“Ata-anam deyirdi hamı döyülə-döyülə arvad olur” - 14 il şiddət görən qadın (Video)
-
“Qarabağ” “Vestri”yə qarşı - Start heyətlər
-
Macarıstanda Siyarto barədə araşdırma aparılır
-
CENTCOM: ABŞ İrana yeni zərbələr endirib
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
-
İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
-
"Zirə" növbəti mərhələyə yüksəldi (Video)
-
Xankəndidə güclü yanğın başladı
-
Elvin Məmmədxanova vəzifə verildi





