Ölkə

Xəstəxanalarda onlayn növbə sistemi tətbiq edilir

8 Dekabr 2023 22:47
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəstəxanalarda onlayn növbə sisteminin tətbiq edilməsinə başlanılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb:

"Çünki xəstəxanalara müraciətlərin çoxluğuna görə növbələr olurdu və bu da vətəndaşlar üçün çətinlik yaradırdı. Ona görə də ilk olaraq Bakıdakı xəstəxanalar onlayn növbəyə keçdi. Vətəndaşlar evdə oturaraq öz növbələrini rahat şəkildə götürə biləcək və tibbi xidmətlərdən keyfiyyətli şəkildə istifadə edəcəklər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.