Ölkə

Zakir Həsənov Misirdə səfərdədir - FOTO

4 Dekabr 2023 17:29
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.

Müdafiə naziri "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.

Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.