Bakını gecə ilə bir-birinə qatan sürücüyə bu cəza verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il 29 sentyabr tarixində gecə saatlarında Səbail rayonunda polisə tabe olmayaraq yük maşınını sərxoş vəziyyətdə idarə edən və 7 avtomobili əzən şəxsin məhkəməsi başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Yaşar Muradov Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) və 234.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham edilib.
Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Y.Muradovu yol polisi əvvəlcə Salyan şossesində saxlayıb. Lakin orada mübahisə baş verdiyindən Çevik Polis Alayının əməkdaşları çağırılıb. Bundan sonra Muradov idarə etdiyi "Mercedes Actros" markalı yük avtomobilinə əyləşərək oradan uzaqlaşıb. Polislər onu təqib edərkən Y.Muradov yük avtomobilini Bayıl qəsəbəsinin dar küçələrinə salıb. Nəticədə iriqabaritli yük avtomobili Litvin Babayev küçəsində 7 avtomobili əzib.
Belə ki, vətəndaşlara məxsus "Hyundai Sonata", "Changan CS 85", "Hyundai Elantra", "Mercedes-Benz", "Mercedes-Benz E Klass", "Nissan Micra" markalı, eləcə də Muradovun sürücü işlədiyi şirkətin yük maşınına xeyli ziyan dəyib.
Hadisə vaxtı polislər Y.Muradovu atəş açmaq hesabına saxlaya biliblər. Həmçinin Bayıl qəsəbə sakinləri maşınları əzən yük maşınının sürücüsünə hücum ediblər.
Səbail Rayon Məhkəməsi sürücüyə qarşı narkotik ittihamını qəbul etməyib və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə bəraət verilib.
Y.Muradova Məcəllənin 221.2.2-ci maddəsinə əsasən, 1 il 4 ay müddətinə həbs cəzası verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
XƏBƏR LENTİ
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi





