Ölkə

“Fransa Ermənistanı hərbiləşdirmə proqramına başlayıb”

18 Noyabr 2023 15:25
Baxış: 519

"Avropa İttifaqının Fransa kimi bəzi ölkələri Ermənistanı hərbiləşdirmə proqramına başlayıb. Ermənistana hərbiləşdirmə proqramı lazım deyil".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Reporter"ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistana sülh proqramı lazımdır.

H.Hacıyev Ermənistanın Fransadan radar sistemləri və "Mistral" raketləri aldığını qeyd edib: "Biz mütəmadi olaraq Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatçılığı dəstəkləməməklə, erməni revanşizmini və ya regionumuzda geosiyasi oyunları təşviq etməməklə bağlı xəbərdarlıq etmişik. Təəssüf ki, bu doğrudur".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics