11:43
Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.
------------------
10:58
Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.
Milli.Az report-a istinadən xəbər verir ki, çökmə "Univermaq" binasında qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Milli.Az