Gəncədə univermaq binası çökməsi ilə bağlı FHN məlumat yaydı - YENİLƏNİB - FOTO

21 Sentyabr 2023 11:43

11:43

Bildirilib ki, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Univermaq binasında çökmə ehtimalı nəzərə alınaraq binadakı vətəndaşların təxliyəsi təşkil olunub.

------------------

10:58


Gəncə şəhərində ticarət mərkəzinin bir hissəsində çökmə olub.

Milli.Az report-a istinadən xəbər verir ki, çökmə "Univermaq" binasında qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və adiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az