Ölkə

"Azərenerji"dən Laçındakı ağır qəza barədə AÇIQLAMA - YENİLƏNİB

19 Sentyabr 2023 10:00
Baxış: 2 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

11:00

"AzərEnerji" ASC Laçında baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə bildirilib ki, hadisə nəticəsində həlak olanlar "Azərenerji" ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.

--------------

10:00

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilibh ki, "Ural" markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.