Yoluxma sayında artım olarsa... - İnfeksionist
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə son ay dünya üzrə yoluxanların sayı 38% artıb. Avropada yoluxma üzrə artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. Hazırda ABŞ-da COVID-19-a yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. ABŞ-da gündə 650 mindən artıq amerikalıda COVID-19-a aşkarlanır və yaxın aylarda ölkə əhalisinin 10 faizə yaxının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları avqustla müqayisədə 5% artıb.
Son həftə ərzində ABŞ-da COVID-19-a görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVID-19-a qarşı vaksin olunmağı tövsiyə edib.
Bəs Azərbaycanda vəziyyət necədir? Əhali virusun yeni ştammından necə qorunmalıdır? Yenidən vaksinasiyaya ola bilər?
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, yeni ştammlar yüksək yoluxuculuğa malik olduğu üçün dünyada virusa yoluxma sayı sürətlə artır.
"Yeni yoluxma halları get-gedə daha da artır. Amma öldürücülük qabiliyyəti aşağıdır. Azərbaycanda bununla bağlı ciddi artım və ağırlıq səviyyəsi yoxdur. Ölkədə koronavirusun yeni ştammların olub-olmaması ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur. Qonşu ölkələrdə olduğu üçün bizdə də olma ehtimalı var. Təsdiq etmək üçün xəstəliklə bağlı şikayətləri olan insanlardan diaqnostik olaraq testlər götürülməlidir. Yenə də ehtiyyatlı olmaq lazımdır", - deyə o qeyd edib.
İnfeksionist bildirib ki, hazırda yenidən vaksinasiyaya gərək yoxdur.
"Mənim fikrimcə yenidən vaksinasiyaya hazırda ciddi ehtiyac yoxdur. Yoluxma sayında artım olarsa, profilaktik olaraq vaksinasiya ola bilər. Virusdan qorunma yolları eynidir. Əgər ehtiyac varsa, maskadan istifadə edilməli, şəxsi gigiyenaya riayyət edilməli və ara məsafə qorunmalıdır", - deyə V.Əliyev əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)





