Ölkə

Bakıdakı sürüşmə ilə bağlı XƏBƏRDARLIQ - "Hər an faciə yaşana bilər" - VİDEO

13 Sentyabr 2023 11:52
Baxış: 5 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, istifadəyə verilən yolda yenidən çatlar əmələ gəlib.

Bu çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.

Qeyd edək ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.

Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov AZTV-yə bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır:

"Bibiheybətə doğru gedəndə sürüşmə, uçqun təhlükəli ərazilər var. Qaya uçqunları gözlənilir.

Süni terrasların yaradılması, yamacın eninə kəsilməsi və digər işlər sürüşmənin müəyyən qədər qarşısını alacaq və fəallaşmasına imkan verməyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.