Ölkə

Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu - FOTO

8 Sentyabr 2023 12:08
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, İdris Quliyev idarə etdiyi "VAZ" markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib və bununla da ictimai asayişi nümayişkaranə şəkildə pozaraq, vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.

Bundan başqa, araşdırmalarla bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi, görməni məhdudlaşdıran şüşə və digər vasitələrdən istifadə edərək, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.