Ölkə

Sərnişinin vəziyyəti pisləşdi, təyyarə Bakıya təcili eniş etdi

23 Avqust 2023 09:50
Baxış: 1 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Milli.Az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması - 45 yaşlı qadın) olub:

"Airbus A350" təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.