Ölkə

Çirkab suları kanala axıdan şəxslər CƏRİMƏLƏNDİ

14 Avqust 2023 23:28
Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyləqanda çirkab suları kanala axıdan şəxslər cərimələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, rayonunun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkab suların kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.