Ölkə

İcra başçısının birinci müavini saxlanılmayıb, iş başındadır - YENİLƏNİB

1 Avqust 2023 14:38
Baxış: 6 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

31 iyul 2023-cü il tarixdə Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi əməliyyat keçirilmiş və Cəlilabad bələdiyyəsinin sədri Mehdi Kərimov və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Sahil Qənbərli saxlanılmışdır.

Rayon icra hakimiyyəti başçısının birinci müavinin də həbs olunuduğu məlumat həqiqətə uyğun deyil. Qalib Xudaverdiyevin hazırda iş yerindədir.

Qeyd edək ki, onun saxlanılması barədə məlumatı news24.az saytı yayıb.

-------

10:44

Baş Prokurorluq Yanında Korupsiya Qarşı Mübarizə baş İdarəsi tərəfindən Cəlilabadda daha bir məmur saxlanıb.

Milli.Az bildirir ki, news24.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, sözügedən şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xudaverdiyev Qalib Firudin oğludur.

Qalib Xudaverdiyev 2021-ci il dekabrın 3-də Cəlilabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub. O, müavin vəzifəsindən öncə Əmlak Məsələləri Dövlət Komitəsinin Reyestr Xidmətində (Cəlilabad) çalışıb.

Qeyd edək ki, iyulun 31-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad rayonunda aparılan əməliyyat zamanı bir neçə məmur saxlanılıb. Saxlanılanların Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərov olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.