Yerin yaxınlığından asteroid keçəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyun ayının 12-də (488453) 1994 XD asteroidi Yerə maksimum yaxınlaşaraq 3 mln km məsafədən keçəcək.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Asteroid 1 dekabr 1994-cü ildə Kit-Pik rəsədxanasında aşkar olunub. O, Apollonlar ailəsinə aid asteroiddir. Bu asteroidlər Yerətrafı asteroid qrupu olub, Günəşə Yerdən daha çox yaxınlaşırlar və orbitləri Yer orbitinə daxil olur. Asteroid perihelidə Veneranın orbitini də keçərək Günəşə 90 mln km yaxınlaşır. Afelidə isə Marsın da orbitini ötərək Günəşdən 630 mln km uzaqlaşır.
Qeyd edək ki, ölçüsü 600-800 km olan (488453) 1994 XD asteroidi Günəş ətrafında 3.59 ilə (1313 Yer sutkası), öz oxu ətrafında isə 3 saata fırlanır. Asteroidin 2005-ci ildə ölçüsü 150 m olan kiçik peykinin də olması məlum olub. Peyklə asteroidin arasındakı məsafə 200 m-dir və peyk asteroidin ətrafında 18 saata dövr edir. (488453) 1994 XD-ün orbit müstəvisi Yerin orbit müstəvisi ilə ~4o-lik bucaq əmələ gətirir və 18 ildən bir Yerə ən yaxın məsafədən keçir (~3 mln km). Asteroidin belə yaxınlaşması onun ölçüsünün dəqiq təyin olunmasına və səthinin relyefinin xəritələşdirilməsinə şərait yaratmış olur.
Asteroid iyunun 12-si Bakı vaxtı ilə saat 02:53-də gecə göyünün şimal yarımkürəsində Qu bürcündən Sefey bürcünə keçəcək. ~14m vizual ulduz ölçüsünə malik asteriodi orta ölçülü teleskopda belə müşahidə etmək çətin olacaq. Hesablamalar göstərir ki, asteroidin Yerlə toqquşması ehtimalı 2174-cü ilə kimi demək olar ki, 0-a yaxındır. Asteroid Yerə nəzərən sürətlidir və onun sürəti 21 km/san-dir. Bu səbəbdən Yerin cazibəsinə düşmək ehtimalı olmadığına görə, planetimizin yaxınlığından təsirsiz ötüb keçəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
XƏBƏR LENTİ
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır





