Ölkə

Dəm qazının qurbanı olan 16 yaşlı Cəmilə... - FOTOlar

17 May 2023 23:00
Baxış: 2 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzildə 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova dəm qazından boğularaq ölüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bədbəxt hadisə nəticəsində həyatını itirən qız 132-134 nömrəli Təhsil Kompleksinin X sinifinin nümunəvi şagirdlərindən imiş. O, həm də H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində təhsil alırmış.

Bildirilir ki, Cəmilə həmin gün dərsdən evə gəldikdən sonra hamam otağına keçib və orada dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.