Ölkə

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

15 May 2023 09:38
Baxış: 1 916
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib.

APA xəbər verir ki, bu barədə "Anadolu" rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) "Cumhur İttifaqı"nın namizədi, "AK parti"nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) "Millət İttifaqı"nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Digər namizədlərdən Sinan Oğan 6,42 %, yəni 424 səs, Muharrem İncə isə 2,24 %, yəni 148 səs ala bilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.