Ölkə

Halı pisləşən erməniləri Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq - Azərbaycanlı həkim - FOTO

5 Aprel 2023 09:58
Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qarabağ ermənilərinə tibbi yardım göstərmiş azərbaycanlı həkim Vilad Əliyev deyib.

V.Əliyev bildirib ki, dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşıblar. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi.

"Daha sonra onları bizim nəzarətimiz altında Xankəndində xəstəxanaya sağlam şəkildə çatdırdıq. Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq", - deyə o, əlavə edib

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.