Ölkə

Babək prospektində dəyişiklik edildi

30 Mart 2023 10:18
Baxış: 1 576
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentiyindən (BNA) Milli.Az-a bildirilib ki, görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib.

Rəsmi məlumata görə, nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.

Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb. Babək prospektindəki mövcud geriyədönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.