Ölkə

Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi

28 Mart 2023 10:15
Baxış: 2 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ibadətgahlarda və məscidlərdəki nəzir qutularına nəzarətin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dövlət Komitəsinə verilməsi məsələsinə aydınlıq gətirib.

Dövlət Komitəsindən Milli.Az-a bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

"Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.