Bakıda gecə saatlarından başlanan külək 15 ağacı qırıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Milli.Az-a verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan dəyib.
Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülüb.
Milli.Az