Bakıda külək 15 ağacı qırdı - VİDEO - FOTO

9 Fevral 2023 09:50

Bakıda gecə saatlarından başlanan külək 15 ağacı qırıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Milli.Az-a verilən məlumata görə, dünən günün ikinci yarısından başlayaraq bütün gecə ərzində davam edən güclü külək nəticəsində paytaxtın müxtəlif yerlərində 15 ağaca ziyan dəyib.

Birliyin əməkdaşları tərəfindən ziyan dəymiş ağacların 4-nün sınmış hissələri budanıb, 11 ədəd ağac isə kəsilərək görürülüb.

Milli.Az