Ölkə

Bu qaydanı pozan media orqanları cərimələnəcək

19 Yanvar 2023 10:11
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Loqotipini Audovizual Şuranın razılığı olmadan dəyişdirən media orqanları cərimələnəcək.

Milli.Az bildirir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.