Ölkə

Ağır xəsarət alan FHN sürücüsü öldü - FOTO

18 Yanvar 2023 10:34
Baxış: 2 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dörd gün əvvəl Oğuz rayonunda baş vermiş ağır qəzada xəsarət alan rayonun Sincan kənd sakini Aslan Umarov vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Umarov dünən Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. O, Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsində sürücü vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisə vaxtı Aslan Umarovun idarə etdiyi "VAZ-21074" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə A.Umarov və sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.