Ölkə

Silah və narkotik əməliyyatı - Saxlanılanlar var - FOTOlar

12 Yanvar 2023 11:10
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd "İJ" markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.